Niyam Salami: “Qız oğlanın arxasınca düşür”
Bizi izləyin

Tabloid.az

Niyam Salami: “Qız oğlanın arxasınca düşür”

Niyam Salami: “Qız oğlanın arxasınca düşür”

Özünəməxsus səs tembrinə malik müğənni Niyam Salami yeni mahnısını dinləyicilərin ixtiyarına verib. “Çağırma məni” adlanan kompozisiyanın musiqisi Ceyhun Əliyev, sözləri Azər Şirinə məxsusdur.

Publika.az-a açıqlamasında N. Salami tezliklə mahnıya klip çəkiləcəyini bildirib. Klipə rejissor Ceyhun Kərimov quruluş verəcək: “Azərbaycanda ən çox güvəndiyim rejissor Anar Hüseynovdur. Ondan sonra rejissor Ceyhun Kərimovla işbirliyi qura bilərəm”.

Müğənni onu da əlavə edib ki, klipin süjet xətti maraqlı sevgi hekayəti üzərində qurulacaq. Çəkilişlər Bakıda, tamaşaçıların ekranda heç zaman görmədiyi fərqli məkanlarda və Qaradağda aparılacaq: “Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəyəm. Süjet xəttində özüm iştirak etməyəcəyəm. Çünki özüm görünməyi sevmirəm. Bircə onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir. İşi peşəkarına tapşırmaq lazımdır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm