İlhamə qəzəbləndi: “Kimlərsə çox danışanda açırsan sandığı, tökürsən pambığı” - VİDEO
Bizi izləyin

Tabloid.az

İlhamə qəzəbləndi: “Kimlərsə çox danışanda açırsan sandığı, tökürsən pambığı” - VİDEO

Müğənni İlhamə Qasımova canlı yayımda əsəbiləşib.

Publika.az-ın məlumatına görə, müğənni Xəzər TV-ni “Bizim gün” proqramında paxıllıqla qarşılaşdığı məqamlardan danışıb. Sənətçi Avropada aldığı mükafat zamanı belə bir xoşagəlməz hadisə ilə qarşılaşdığını deyib: “Aldığım bu mükafatı yaltaqlıqla qarşıladılar. Heç kimin sifətinə gülmədim. Çünki mənə maraqlı deyil ki, yaltaq insanlar mənə kompliment desinlər. Qapını bağladım və mükafatı alan kimi oranı tərk elədim”.

İlhamə mükafatı barədə heç yerdə ağızdolusu danışmadığını da özünün təvazökarlığı ilə izah edib: ”Bu, mənim şəxsi nailiyyətimdir, yeri gələndə, qarşındakı çox danışanda açırsan sandığı, tökürsən pambığı ki, bir az asta danış”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm