• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məşhur türk aktrisası:"Ayşə, sənlə yatağa girmək istəyirəm"- Fotolar

Məşhur türk aktrisası:"Ayşə, sənlə yatağa girmək istəyirəm"- Fotolar

Türkiyənin "Hürriyet" qəzetinin müxbiri Ayşə Arman yenə qalmaqallı müsahibəsi ilə gündəmə gəlib. Belə ki, məhur türk aktrisası Nilgün Belgün Ayşə Armana olduqca maraqlı açıqlamalar verib. Publika.az həmin müsahibəni təqdim edir:

- Həyatda ən çox eşitdiyin söz?

- Etmə!

- Niyə?

- Çünki mən hər zaman ürəyimin səsini dinlədim. Heç vaxt qaydalara məhəl qoymamışam. Hər kəs mənə "Etmə!" dedi. İnsanlar mənə "Etmə!" dedikcə mən əksini etdim və çox xöşbəxt oldum.

- İlk "Etmə!"ni kimdən eşitdin?

- Atamdan. Aktrisa olmağımı istəmirdi. Atama qulaq asmadım və konservatoriyaya qəbul oldum. Anam mənə "Sən konservatoriyaya qəbul olmamışdan öncə çox ağıllı qız idin. İndi hər şeyə etiraz edirsən" dedi. Bu mənim üçün ən gözəl kompliment idi. Dikbaşlıq yaxşı şeydir. Mən hər zaman həyata qarşı dikbaş olmuşam. Onu eləmə, bunu eləmə, oğlanla gəzmə kimi qadağalar mənə görə deyil. İstədiyim hər bir şeyi etdim. Yaxşı ki, də etmişəm. Göydə Allah var çox gözəl eşq məcaraları yaşadım. Bunun nəticəsində də çox xoşbəxt oldum.

- Bütün bu dediklərin güc tələb edir.

- Atam zəngin ailənin oğlu idi. Ancaq atam mənim arxamda dayanmadı. Ona görə mən güclü olmaq məcburiyyətində qaldım. Atam mənim aktrisa olmağımı istəmirdi. Həm də öz ayaqlarımın üstündə dura bilən, güclü qadın olmağım üçün məni tək qoydu.

- Sən də həyata daha da möhkəm bağlandın...

- Mənim hər zaman sevgilim, dostlarım oldu. Ancaq buna baxmayaraq həmişə özüm özümə bəs edirdim. Mən hər zaman güclü olmuşam.

- Bir qadının özündən yaşca kişik bir oğlanla münasibətinin olması bu cəmiyyət üçün "Etmə!" deyilən bir hadisədir...

- Eynən elədir. Mən elə şeylərə fikir vermədim. Kim məni xoşbəxt edəcəksə onun yanında oldum. Bu həyat mənim həyatımdır və məsuliyyəti də mənə aiddir.

- Sanki heç bir şey səni məğlub edə bilməz

- Çünki mən çox səmimi insanam. Hər şeyi rahat danışa bilirəm. Eşq əzabı çəksəm də, açıqca deyirəm və bu, məni rahatlaşdırır.

- Bir qadın necə belə güclü ola bilər?

- Mən həyatda hər zaman tək olmuşam. Hər kəsin arxasında bir kişi olur. Ya həyat yoldaşı ya dostu, ya meneceri və s. Ancaq mən də elə biri olmayıb. Bax, budur məni güclü edən.

- Yaşlanmaq səni narahat edir?

- Xeyr, qətiyyən! Mən gənc yaşımda məşhur olmamışam. 40 yaşımdan sonra məni tanıdılar. Gəncliyim sürünməklə keçdi. Dırnaqlarımla qazıyaraq mən məşhur oldum. Onsuz da şan-şöhrət bunların hamısı boş şeylərdir. Gerçək olan qarşılıqsız sevilməyimdir. Bax, bu möhtəşəm bir şeydir. Bədənim yaşlı olsa da ruhum çox gəncdir.

- Çox gənc görünürsən, amma iki qız anasısan

- Mən artıq nənəyəm. Ancaq əslində ruhum gənc olduğuna görə özümü heç nənə kimi hiss etmirəm.

- Qızlarına çox bağlısan...

- Bəli. Mən çox nizamlı və avtoritar anayam. Əsla sayğısızlıq qəbul etmirəm. Ancaq yaxşı ana olduğumu düşünürəm. Qzıalarımın heç bir şeyini əskik etməmişəm.

- Neçə nəvən var?

- İki

- Qızların nəvələrini sənin yanına qoyub getdiyi vaxtlar olur?

- Yox, elə olmur. Mən birlikdə əylənirəm, oyun oynayıram nəvələrimlə, amma tək baxmıram. Mənim o qədər işim var ki.

"Həyatımın bu dövründə bir eşq daha yaşayım" düşüncən var?

- Ağlımdan keçir. Eşqi hər dövrdə yaşamaq olar. Əsas odur ki, yaşamağa dəyən sevgi olsun

- Bəs necə kişiləri bəyənirsən?

- Yaraşıqlı, gözəl ürəyi olan insanları bəyənirəm. Əlbəttə, çox çətindir.

- Müsahibə təklifini siz etdiniz. "Ayşə, sənlə yatağa girmək istəyirəm" dediniz. Yataq kəliməsi eşidəndə insan ürkür bir az...

- Mən sənə təklif etdim. düzdür, bunu da tənqid edənlər olacaq. Amma bizə nə? Baxdım ki, gündə bir məşhur qadınla yatağa girirsən dedim mənlə niyə olmasın. Çoxları bunu cəsarət kimi görür, amma mən əylənirəm sadəcə.

- Həyatımın bu anında ən önəmli sadəcə özünsən?

- Bəli, mənəm. Mən varamsa hər şey var. Mən olmayanda da heç bir şey olmur.

- Necə bir insanla əsla birlikdə ola bilməzsən?

- Lovğa, ürəyi qara insanla.

- Necə insanla əsla yatağa girməzsən?

- Natəmiz insanla. Mənlə yatağa girən adam gərək gül kimi qoxusu olsun.

- Gənc kişilərlə sevişmək həmyaşıdlarınla sevişməkdən daha yaxşıdır?

- Öz yaşıdlarımla sevişmədiyimə görə bu sualına cavab verə bilməyəcəyəm.

Çevirdi: Dəniz Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR