Məşhur cütlüyün konserti- Foto (Video)
Bizi izləyin

Tabloid.az

Məşhur cütlüyün konserti- Foto (Video)

Şou aləminin məşhur cütlüklərindən olan Beyons və əri Cey-Z konsert turnesinə çıxıblar.

ANS PRESS-in məlumatına görə, məşhur cütlük ötən gecə ABŞ-ın Mayami şəhərində yerləşən "Florida Sun Life" staidonunda 2 saat yarımlıq çıxış ediblər.

Səhnədə bir-birindən maraqlı rəqs nümayişləri və sevilən hitlərini səsləndirən cütlük, birlikdə 44 mahnı ifa ediblər. Onların hər çıxışı coşğu ilə qarşılanıb.

Cey-Z səhnəyə idman üslubunda, ABŞ bayrağı təsvir olunmuş köynək, onun üzərinə isə qara pencək geyinərək çıxıb. Həmişəki kimi boyunbağısı da diqqətdən yayınmayıb. Cazibədar müğənni Beyons isə konsert boyu müxtəlif geyimlərlə çıxış edib.

Məşhur cütlük bundan sonra Çikaqo, Los Anceles, Sittl, San Fransisko, Toronto və Kanadaya səfər edəcəklər.

Sentyabrda isə onların Parisdə iki konsert proqramı gözlənilir.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm