Aktyorlar “Hərənin öz ulduzu”nu Şirvana aparır
Bizi izləyin

Tabloid.az

Aktyorlar “Hərənin öz ulduzu”nu Şirvana aparır

Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə - Şirvana yola düşəcək.

Publika.az-ın məlumatına görə, iyulun 2-də Şirvan şəhərindəki Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası nümayiş etdiriləcək.

Tamaşada əsas rollarda respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.

Qeyd edək ki, tamaşanın nümayişi saat 18:00-da olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm