Tabloid.az
Düşmənlə ən yaxın məsafədə yerləşən kənddən reportaj - VİDEO
TTV Düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Koxanəbi kəndindən reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Bura Koxanəbi kəndidir, adı atəşkəsin pozulduğu xəbərlərinin əzbərinə çevrilən Koxanəbi kəndi. Ən çox atəşə məruz qalan kəndlərdən biri olmaqla Koxanəbi həm də düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşir. Burada yerləşən milli ordumuzun mövqeləri, kənd evləri mütəmadi olaraq düşmənlərimiz tərəfindən atəşə məruz qalır. Kənd sakinləri də erməni təxribatlarını intensivləşdiyini, ancaq bu hərəkətlərlə onları qorxuda bilməyəcəklərini deyirlər. Düşmənin atəşkəsi pozması artıq sakinlər üçün adi hala çevrilib. Düşmən əsgəri atəşkəsi pozmaq üçün əlverişli vaxt kimi gecə saatları hərəkətə keçir. Kənd sakinləri deyir ki, gecələr evlərdə işıq yandırmaq mümkün deyil. Çünki namərd düşmən işıq olan yerdə insanların olduğunu zənn edir. Hətta avtomobillərin ışıqlarına belə güllə atılır. Düşmən postlarından açılan atəş bəzən damlardan və pəncərələrdən evlərin içinə belə girə bilir. Bütün olanlara baxmayaraq Koxanəbi kəndinin sakinləri məğrurluqla yaşayışını davam etdirir. Düşmənin istənilən təxribatına layiqli cavab veriləcəyinə əmin olan kənd əhalisi Milli Ordumuzun gücünə arxalanır.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO