Samiraldodan Anara: “Özünü yığışdır, yoxsa...” – QALMAQAL
Bizi izləyin

Tabloid.az

Samiraldodan Anara: “Özünü yığışdır, yoxsa...” – QALMAQAL

İki məşhur stilist – Samiraldo və Anar Ağakişiyev arasında qalmaqal yaşanıb. Buna Anarın Samiraldonu “kloun” adlandırması səbəb olub.

Publika.az-a danışan qəzəbli Samiraldonun qarşı tərəfə cavabı özünü çox gözlətməyib: “Heç kimin ixtiyarı yoxdur ki, mənim şərəf və ləyaqətimə toxunsun. O cümlədən də, Anar sənin. Sən kimsən ki, mənə “kloun” deyirsən? Bu, birinci dəfə deyil ki, mənimlə düşmənçilik aparırsan. Bir neçə dəfə bu sözləri mənə demisən, məni təhqir etmisən. Amma imkan verməyəcəyəm ki, mənim namusuma, şəxsiyyətimə toxunsunlar. Şükür Allaha, bunun üçün hüquq-mühafizə orqanları, vəkillər var. Məni təhqir edən olsa, məhkəməyə verəcəyəm”.

Samiraldonun qəzəbi bununla soyumayıb. O, Anar Ağakişiyevi stilist saymadığını da deyib: “Onu heç stilist saymıram. Anarı yandırıb-yaxan odur ki, mən Azərbaycanda öz sözünü deyən bir nömrəli stilistəm, uğurlarım, işlərim göz qabağındadır. Ona görə Konçita kimi geyinmişdim ki, layihə reallaşdırım. Bunu Anar Ağakişiyev anlamırsa, öz problemidir. O, stilist olsaydı, heç mənim mətbəximə girməzdi. Yaxşı stilistlər bir-birlərini təhqir etmirlər. Mənim öz mədəniyyətim var, buna görə də hamıya öz mədəniyyətimə uyğun cavab verirəm. Burdan da deyirəm; özünüzü yığışdırın, yoxsa pis olar”.

Qeyd edək ki, məşhur stilist Samiraldonun bu ilki “Eurovision” qalibi Konçita Vürstün obrazında çəkdirdiyi fotolar onun həmkarı stilist Anar Ağakişiyevi qəzəbləndirib. O, “Facebook” səhifəsində Samiraldonun fotolarını paylaşaraq həmkarını “kloun” adlandırıb: “Belələri də özlərinə stilist deyir. Lap stilist adından utandım. Karikatura kloun”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm