Tabloid.az
Şəkidə keçirilən festival başa çatıb (FOTO)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan
Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi
festivalı uğurla başa çatıb.
İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi
bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər
Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr,
musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və
rəngarəng konsert proqramlarını izləyiblər.
“Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının
qala-konserti festivalın yeniliyi olub. Festival çərçivəsində
Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin
rəssamlarının sərgisi açılıb, TÜRKSOY-un türkdilli ölkələrin milli
geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirilib.
İyulun 5-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı
Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi
olub.
Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri
Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı
təqdim edib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar
Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və
rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı
haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat
komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai
Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi
tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra
Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yubiley festivalının
Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu bildirib,
festivalın keçirilməsində zəhməti olan qurumların, diplomatik
korpusun və musiqi kollektivlərinin təmsilçilərinə şəhər
ictimaiyyəti adından minnətdarlıq edib.
Sonda orkestrin drijoruna, həmçinin Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadəyə və İctimai Birliyin rəhbərinə
Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim
olunub.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi