İlqarə quş, Zorik ana, Sevda kleopatra, İlhamə kraliça oldu- FOTO
Bizi izləyin

Tabloid.az

İlqarə quş, Zorik ana, Sevda kleopatra, İlhamə kraliça oldu- FOTO

İlqarə quş, Zorik ana, Sevda kleopatra, İlhamə kralıça oldu

Ötən gün Azərbaycanın xalq artisti, səhnəmizin divası Aygün Kazımova şou elitasını başına yığaraq, möhtəşəm ad günü keçirib.

Publika.Az xəbər verir ki, ad günü məclisinin təşkilatı işlərini öz üzərinə prodüser Tolik götürüb. Şəhərin ən dəbdəbəli məkanında keçirilən ad gününə ulduzlar axışdı.

Bu ad gününün digər ad günündən fərqi isə gələn qonaqların hər biri fərqli obrazda məclisə daxil olması idi. Tədbirin bu cür fərqli keçirilməsi ideyası haqqında Tolik belə deyir:

“İdea aparıcılar Afaq Gəncəli və Səxavət Nur tərəfindən irəli sürülüb. Elə Ferhat Köçərlə Aygün xanımın Gəncə konsertində bu məsələni müzakirə etdik. Aygün xanımda razılaşdı”.

Ad günündə şou-biznes nümayəndələri tanınmaz hala düşdü. Xalq artisti İlhamə Quliyeva “kraliça”, Aygün Kazımovanın qızı İlqarə “quş”, müğənni Rəqsanə “zadəgan qızı”, rejissor Zöhrab Ağayev “böyük ana”, xalq artisti Faiq Ağayev “matros”, müğənni Sevda Yəhyayeva “kleopatra”, teleaparıcı Günel Hümbətova “prinçesa” obrazında olan ulduzlar adətən bir-biriylə yarışdılar.

Ad günü divamızın ifası ilə açıldı. Məclisi Murad Arif və Afaq Gəncəli idarə etdi. Xalq artisti, şöhrət ordenli xanım İlhamə Aygün Kazımovanı belə təbrik edir:

“ Mən Aygünə can sağlığı arzu edirəm. Qoy onun hər zaman üzü gülsün. Bu gün onun üçün xüsusi hazırlaşmışam. Ancaq fərqli obrazda yox, elə İlhamə obrazında, kraliça obrazında məclisdə iştirak edirəm”.

At arabasında ad gününə daxil olan xalq artisti Aygün Kazımova sevincini bizimlə bölüşdü:

“Bütün yaxınlarımı dəvət etməyə çalışmışam. İstəyərdim çox insan yanımda olsun, ancaq bu mümkün deyil. Bacardığım qədər çox insanları çağırdım, əsas da sizlər burdasız.

Geyimim gəlinlik deyil, güllər sadəcə olaraq paltarımı gizlədir. Gülləri götürəndən sonra libasım aydın görünəcək. İlqarə mənə hər gün öz sevgisini bağışlayır”.

Publika.Az saytı xalq artisti Aygün Kazımovanı təbrik edir, səhnə fəaliyyətində uğurlar arzu edir.

Elvin Elxan

Foto:Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm