Məhəbbətin vəfatı məşhurları üz-üzə qoydu-QALMAQAL
Bizi izləyin

Tabloid.az

Məhəbbətin vəfatı məşhurları üz-üzə qoydu-QALMAQAL

Ötən gün həm Aygün Kazımovanın ad günü keçirməsi, həm də Məhəbbət Kazımovun rəhmətə getməsi mətbuatı bir-birinə qatdı

Ötən gün həm Aygün Kazımovanın ad günü keçirməsi, həm də Məhəbbət Kazımovun rəhmətə getməsi mətbuatı bir-birinə qatdı.

Publika.Az xəbər verir ki, əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gün xalq artisti Aygün Kazımovanın təmtəraqlı ad günü keçirməsi, şou əhlinin bir çox nümayəndələrini qıcıqlandırdı.

İlk öncə xalq artisti Məleykə Əsədova Aygün Kazımovanı qınadı. Aygün Kazımovanın ad günü məclisinin təşkilatçısı Tolik məsələylə bağlı sərt danışaraq, belə söyləyir:

“Dünən instagramda oturan tanınmışlar ağzına gələni yazıblar ki, niyə Məhəbbət Kazımovun ölüm günü ad günü eləyib.

Gedin hoppanın, öz dərdinizi çəkin. Siz ad gününə dəvətli olsaydız, lüt gələrdiz. Aygün Kazımovanın adını çəkib, gündəmə gəlməyin, ay meymunlar.

Məhəbbət Kazımovun ən yaxın dostu dünən bilərək ki, Məhəbbət ölüb, ANS-də şən mahnı oxuyurdu. Mən DJ Çinaya mesaj yazdım ki, İlqara denən Məhəbbət rəhmətə gedib”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm