Emindən möhtəşəm gecə: “Bakını çox sevirəm”
Bizi izləyin

Tabloid.az

Emindən möhtəşəm gecə: “Bakını çox sevirəm”

Müğənni-bəstəkar Emin Ağalarov Yaşıl Teatrda növbəti altıncı konsertini həyata keçirib.

Publika.az-ın məlumatına görə, səhnəyə alqışlar altında və atəşfəşanlıqla çıxan ifaçı ilk olaraq mahnılarından ibarət popuri səsləndirib.

Daha sonra sənətçi konsertinə təşrif buyuran qonaqları salamlayıb: “Bakını çox sevirəm. Bu gecəyə xüsusi hazırlaşmışam. Həm oxuyacağıq, həm də rəqs edəcəyik. Burada olmaq çox xoşdur. Azərbaycandakı konsertlərimin mənim üçün xüsusi yeri var”.

Gecədə maraqlı anlar yaşanıb. Belə ki, müğənni iki dəfə tamaşaçıların yanına enərək şəkillər çəkdirib.

Bu, Eminin Yaşıl Teatrdakı sayca altıncı konsertidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm