Gənc müğənnimiz Litva prezidenti ilə görüşdü
Bizi izləyin

Tabloid.az

Gənc müğənnimiz Litva prezidenti ilə görüşdü

“Baltika 2014” beynəlxalq folklor festivalında çıxış edən gənc müğənni Kamil Cəfərov vətənə qayıdıb. Bu haqda Axar.az-a Kamil Cəfərov məlumat verib: ””Qarabağ muğam” qrupu adından Litvaya “Baltika 2014” beynəlxalq folklor festivalında iştirak etmək üçün yollandıq. Orada Azərbaycanı layiqincə təmsil etdik.

“Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi Azərbaycan incilərini də səsləndirdim. Bizim ifamız çox səs-küylü oldu. Festivaldan sonra Litvanın Mədəniyyət naziri, növbəti gündə isə Litva prezidenti xanım Dalya Qribauskayten bizimlə görüşmək istədiyini söylədi. Təbii ki, görüşdük. Bizə sənət uğurları arzulayaraq, Azərbaycan musiqisini çox sevdiklərini söylədilər.

Çıxışımda məni tarda Ramin Rüstəmov, kamançada İxlas Məmmədov müşayiət edirdi”.Səfərdən yeni qayıdan müğənni yaradıcılığında olan yenilikdən də söz açıb: ”Səfərdən qayıdan kimi söz və musiqisi iş adamı Ruslan Əhmədoğluya, aranjemanı Eyyub Yəhyayevə məxsus “Qayıt gəl” adlı mahnımı ifa etdim. Bu bəstəmin də digər mahnılarım kimi seviləcəyinə əminəm. Mahnıya klip də çəkdirməyi düşünürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm