• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nadir Qafarzadəni yıxıb-sürüdülər - QARŞIDURMA

Nadir Qafarzadəni yıxıb-sürüdülər - QARŞIDURMA

Müğənni Nadir Qafarzadənin mətbuata açıqlama verərək “mənə kim sənətçi desə, mikrofonu onun başına vuraram, mən sənətkaram” deməsi sənət adamlarını əməlli-başlı qəzəbləndirib. Bir çox sənət adamları Publika.az-a açıqlama verərək öz iradlarını bildiriblər.

Xalq artisti Nəzakət Teymurova “yalnız zəif insanlar özlərini öyüb, təkəbbür göstərə bilir”,- deyərək, elə insanlara acıdığını dedi: “İnsanın özünə sənətkar deməsi onun zəifliyidir. Sən sənətkarsansa, qoy bunu başqaları desinlər. Mən buna yersiz ədabazlıq, təkəbbür deyirəm. Müğənni var ki, özünü göstərmək üçün başlayır özü barədə tərifnamələr söyləməyə. Amma elin gözü tərəzidir. Heç sənətkar olanlar özlərinə sənətkar demir e. Mən, ümumiyyətlə, onların, o şou-biznes əhlinin mətbəxinə girmirəm”.

Əməkdar artist Gülüstan Əliyeva Nadirin sözlərini qəhqəhə ilə qarşılayıb: “Özünə hörmət edən insan heç vaxt belə söz işlətməz. Əsl sənətkar özünə sənətkar demir. Birincisi, insan özünə və qarşısındakı insana hörmət etməlidir. Necə yəni, mənə sənətkar deməsələr, mikrofonu onun başında sındıraram. Ümumiyyətlə, mən aparıcılarda çox böyük günah görürəm. Sənətçi ilə sənətkar sözünün mənasını başa düşmürlər. Sənətçiyə sənətkar deyib müraciət edirlər. Toy bazarında bərk getmək, pul qazanmaq sənətkar olmaq demək deyil. Onlar toy ifaçılarıdır. Onlar qazandığı pulla tarixə düşməyəcək, sənətkar sənəti ilə tarixə düşəcək”.

Əli Mrəliyev Nadirin yaxşı oğlan olduğunu, amma bu məsələdə həddi aşdığını deyib: “Nadir yaxşı oğlandır, amma arada emosiyalarına hakim ola bilmir. Bir də görürsən, qızışıb özündən çıxır. Amma bu məsələdə günahı böyükdür. Mən onu görsəm, mütləq deyəcəyəm ki, bir də belə sözlər danışmasın”.

Asya

Xəbər lenti

DAHA ÇOX XƏBƏR