Kəndə kinoçəkənlər gəlib – FOTO
Bizi izləyin

Tabloid.az

Kəndə kinoçəkənlər gəlib – FOTO

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Dəyərli adlar” tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanılıb.

Kinostudiyadan Publika.az-a verilən məlumata görə, filmin rejissorları xalq artisti Rafiq Əliyev və Cavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir. Filmdə indiki uşaqların həyat tərzi, onların münasibətləri əksini tapıb.

Çəkilişlərə 300-400 məktəbli cəlb edilib. Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.
“Dəyərli adlar” ilin sonunda kinosevərlərə təhvil veriləcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm