Tabloid.az
Pişik nəcisindən hazırlanan və 1200 dollara satılan qəhvə
1. Beluqa kürüsü
Beluqa balığı nəsli tükənmək təhlükəsində olan canlılar sırasındadır. Bu balıqdan əldə edilən kürünün kilosu 10 min dollara satılır. Kürünün rəngi tünd boz və ya ağ rəngdə olur. Ağ rəngli olanı çox nadir tapıldığı üçün qiyməti daha baha olur.
2."Chocopolige"
Danimarkalı aşpaz tərəfindən yaradılan şokolad növüdür. Kilosu 4
min dollardır. Saxlama müddəti bir həftədir. Zənginləri ən sevdiyi
şokolad növü hesab olunur.
3. Kopi Luvak qəhvəsi
Kilosu 1.200 dollardan olan bu qəhvə Asiyada yaşayan xüsusi bir
pişik cinsinin nəcisindən hazırlanır. Əvvəlcə bu qəhvənin
dənələrini pişiyin yeməyinə qatırlar, daha sonra pişiyin nəcisindən
həmin dənələri seçib, təmizləyirlər və üyüdürlər. Bu qəribə
üsullarla əldə edilən qəvə “dünyanın ən dadlı” qəhvəsi
adlanıdırılır.
4.Ağ trüf göbələyi
Çox çətin əldə edilən bu göbələk növünün kilosu 15 min dollardır.
Hətta bəzən 30 min dollara da satılır. İtaliyada yetişən bu göbələk
növündən ən yaxşı aşpazlar istifadə edirlər. Bu göbələk növündən
hazırlanan yeməklərə ən bahalı restoranlarda rast gəlmək olar.
5. Vaqyu əti
Bu ət xüsusi bir inək növündən əldə edilir. Bu ətdən ilk dəfə
Yaponiyada istifadə olunub. Hazırda Avstraliyada çox istifadə
olunur. Bu ət daha sulu və dadlı olur. Kilosu min dollara
satılır.
6.Zəfəran
Dünyanın ən bahalı ədviyyatlarından olan zəfərandan daha çox
Yunanıstan və Asiya mətbəxində istifadə edilir. Bir çox yerdə ucuz
zəfəran tapmaq mümkündür. Hətta marketlərdə də satılır. Ancaq
həqiqi zəfəranın kilosunu 11 min dollara almaq mümkündür.
7. Matsutake göbələyi
Kilosu 2 min dollara satılan bu göbələk növü daha çox İsveç,
Amerika, Kanada, Yaponiya, Çin və Finlandiyada yetişdirilir.
Tabloid.az
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR