Almaniyaya aparılan Zəlimxan Yaqubdan xəbər var – FOTO
Bizi izləyin

Tabloid.az

Almaniyaya aparılan Zəlimxan Yaqubdan xəbər var – FOTO

Hazırda Almaniyada müalicə olunan xalq şairi Zəlimxan Yaqubun səhhəti yaxşılaşıb.

Bu barədə Publika.az-a şairin qızı məlumat verib. Atasının, əslində, müayinə üçün qısa müddətə Almaniyaya getdiyini deyən qızı bəzi problemlər üzündən Zəlimxan Yaqubun xarici ölkədə qalmaq məcburiyyətində olduğunu bildirib: “Atam müayinə üçün Almaniyaya getmişdi. Amma həkimlər müayinə zamanı bəzi problemlərin olduğunu aşkar edib. Buna görə də müalicə olunmasına qərar veriblər. Hazırda atamın səhhəti normaldır, tez-tez bizimlə telefon əlaqəsi saxlayır. İnşallah, yaxın günlərdə Azərbaycana qayıdacaq”.

Bəs şairə yeni böyrək köçürüləcəkmi, donor tapılıbmı, görəsən? Qızı atasına böyrək köçürülməsi istiqamətində hələlik həkimlərin qərar vermədiyini bildirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm