Tabloid.az
Yeddi oğuldan biri anıldı – FOTO
Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.
Publika.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.
Mərasim Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə çarxının nümayişi ilə başlanıb. Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrdən söz açıb.
Tədbirdə xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə
Əhmədova, əməkdar artist Elxan Qasımov, kinorejissor Ənvər Əbluc və
başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun
Azərbaycan mədəniyyəti, o cümlədən, kino tariximizdəki mövqeyindən
danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru,
əməkdar incəsənət xadimi Cəmil Quliyev Şahmar Ələkbərovda yüksək
istedadla yanaşı, xeyirxahlıq və nəciblik kimi nəcib insani
keyfiyyətlərin olduğunu söyləyib. C.Quliyev istər kurs, istərsə də
diplom işinə həsr olunmuş filmlərinin çəkilişində ondan böyük kömək
gördüyünü diqqətə çatdırıb və zəngin daxili aləmə
malik bu sənətkar üçün janr məhdudiyyətinin olmadığını
deyib.
Bildirildi ki, İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən Ş.Ələkbərova həsr olunmuş film avqustun 25-də nümayiş ediləcək.
Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərildi.
Cəvahir Səlimqızı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO