Aşıq Samirə əsgərləri belə oynatdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aşıq Samirə əsgərləri belə oynatdı – FOTOLAR

Aşıq Samirə ötən gün Tovuzda olub.

Doğma obasına gedən sənətçi eyni zamanda Tovuzda yerləşən N saylı hərbi hissədə əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edib. Bu barədə sənətçi Publika.az-a danışıb.

Samirə konsertdə həm aşıq musiqilərini ifa edib, həm də repertuarında olan digər mahnıları səsləndirib. Əsgərlərlə görüş zamanı Samirə onlarla söhbət edib, eyni zamanda bolluca qol qaldırıb oynayıb: “Əsgərlərimizə baş çəkmək, onlara mənəvi dəstək olmaq hər birimizin borcudur. Mən çox istərdim ki, bütün həmkarlarım hərbi hissələrdə olsunlar, əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədilə onlar qarşısında çıxış etsinlər. Onlar Vətənin keşiyində dururlar. Bizim də borcumuz odur ki, onlara baş çəkək, onlarla görüşlər keçirək”.

Əsgərlərimiz qarşısında Samirə bir vəd də verib. Konsert verdiyi N saylı hərbi hissədə olan əsgərlərdən hansı birisi toyuna onu dəvət etsə, mütləq gedib o toyda təmənnasız iştirak edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm