3000 illik yubiley
Bizi izləyin

Tabloid.az

3000 illik yubiley

Gədəbəydə rayonun 3000 illik yubileyi təntənə ilə qeyd edilib. Tədbirdə rayon ictimaiyyəti, respublikamızın müxtəlif bölgələrindən dövlət rəsmiləri, elm və təhsil nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Rayonun mərkəzi küçəsində son illər aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanışlıqdan sonra mədəniyyət sarayında təntənəli mərasim keçirilib.

Çıxış edənlər Azərbaycan tarixinin nişanələrini özündə əks etdirən Gədəbəydə son illər həyata keçirilən irimiqyaslı layihələrdən danışıb, rayonun təhsil, səhiyyə, eləcə də mədəniyyət ocaqlarında aparılan yenidənqurma işlərini diqqətə çatdırıblar.

Tədbirdə o da vurğulanıb ki, Gədəbəy rayonu indiyədək 6 akademik, 15 elmlər doktoru, 800-ə yaxın elmlər namizədi yetişdirib.

Yubiley tədbirindən sonra iştirakçılar Heydər Əliyev parkında inşa edilmiş amfiteatrın açılışında və burada keçirilən bayram konsertində iştirak ediblər.

AzerTac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm