Ceki Çanın oğlu həbs edildi (FOTO)
Bizi izləyin

Tabloid.az

Ceki Çanın oğlu həbs edildi (FOTO)

Məşhür kino ulduzu Ceki Çanın 31 yaşlı oğlu Djeysi Çan və Tayvandan olan 23 yaşlı aktyor Kay Ko Çen-Tanq Pekində narkotiklərin saxlanılması ittihamı ilə polis tərəfindən saxlanılıb.

ANS PRESS-in məlumatına görə, ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları hələ bu informasiyanı təsdiq etmirlər.

Narkotiklərlə mübarizə üzrə büronun direktor müavini Djin Jixay bildirib ki, ictimai xadimlər və ulduzlar yalnız yaxşı nümunələri ilə insanlara örnək olmalıdır.
Djeysi Çan və Kay Ko Çen-Tanq barəsində cinayət işi açıla bilərlər. Ancaq Pekinin polis əməkdaşları şərh etməkdən və Ceki Çanın oğulunun tutulması haqqında informasiyanı təsdiq etməkdən imtina ediblər.

Djeysi Çan Los-Ancelesdə rəqs və aktyor bacarığını öyrənirdi , həmçinin klassik gitarada oynamağla məşğul olub. Yeniyetmə yaşında Honkonqda elektrik gitarayla ifa edib. 2004-cü ildə öz birinci albomunu buraxıb, altı il sonra daha bir albomu çıxıb. Kiçik Çan dəfələrlə filmlərdə çəkilib, Kunq-fu Panda cizgi filmində o, durnanı səsləndirib.

Kay Ko Çin istehsalı olan televiziya verilişlərində çıxış edib, filmlərdə çəkilib.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm