İlhamə: “Üzündə bir dənə də qırış yoxdur, amma qoca görünür”
Bizi izləyin

Tabloid.az

İlhamə: “Üzündə bir dənə də qırış yoxdur, amma qoca görünür”

Müğənni İlhamə Qasımova yaşı artsa da, hələ də özünü uşaq kimi hiss etdiyini deyir.

Hətta yaşından kiçik göründüyünə görə sevinir də: “37 yaşım var, amma bunu özümə kompleks eləmirəm. Əks cinsin özümdən yaşca kiçik nümayəndələri mənə kompliment edəndə çox sevinirəm. Əsas insanın ruhudur. Adam var, üzündə bir dənə də qırış yoxdur, amma qoca görünür. Adam da var ki, üzü qırışlıdır, amma baxırsan, çox cavan görünür. Bəzən özümü uşaq kimi hiss edirəm. Deyəndə ki, filan işi görəcəyəm, filan arzularımı filan vaxt yerinə yetirəcəyəm, qohumlarım mənə gülür. Deyirlər ki, sən bunlar o dünyada yerinə yetirəcəksən. Hiss eləmirəm ki, yaşım ötür, elə bilirəm, hələ uşağam”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm