Festivala bir gün qaldı (VİDEO)
Bizi izləyin

Tabloid.az

Festivala bir gün qaldı (VİDEO)

Qafqazın ilk Moto Festivalına bir gün qalıb. Şəkidə reallaşacaq tədbirlə bağlı hazırlıqlar da yekunlaşmaq üzrədir. Azərbaycanın Milli Qəhrəmanı, ilk telereportyor Çingiz Mustafayevin ad günündə keçiriləcək Moto Festival öz yeniliyilə insanlar üçün daha maraqlıdır.

ANS TV-nn məlumatına görə, artıq reallaşmasına iki gün qalan Qafqaz Moto Festivalının məkan olaraq, seçildiyi Şəki sakinləri bu beynəlxalq tədbirin baş tutmasını maraqla gözləyir. Rayon sakinləri Qafqazın mərkəzi seçilən Şəkidə Azərbaycanda ilk dəfə beynəlxalq Moto Festivalın keçirilməsinin nəinki bu qədim mədəniyyət mərkəzi, həm də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını deyir.

Yerli sakinlər, əsasən gənclər bu fikirdədir ki, keçiriləcək Moto Festival Şəkinin həm mədəni həyatında, həm də turizmin inkişafında böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin dünya arenasında tanınmasına da bir dəstək fürsət olacaq.

Şəhər sakini Davud Əliyevin sözlərinə görə, ölkəmizin tanınmasıdır, onunla yanaşı Şəkinin ətraf rayonlardan fərqlənməsidir: “Şəkinin inkişafı üçündür. Bunun Azərbaycan xalqına, bizim millətə heç bir ziyanı yoxdur. Bu millətin tanınması inkişafı üçündür. Belə bir festivalların, konsertlərin keçirilməsi rayon üçün dövlət üçün fəxrdir. Dövlətimizin hər hansı bir ölkədə, yerdə tanınması üçün lazımdır, yəni dünya səviyyəsində bayrağımızın tanınmasıdır”.

Əsasən gənclər rayonda bu cür beynəlxalq festivalların daha arzuolunan olduğunu söyləyir.

Şəhər sakini Əkbər Hüseynov deyir ki, belə yarışlar bizim şəhər üçün də yaxşı olar: “Yəni belə yarışlar tez-tez keçirilsə, yaxşı olar. Bu, bizim fərəhimizdir. Şəhərdə motoskl yarışları keçirilsin, digər yarışlar da olsa yaxşı olar”.

Artıq Şəkidə festivalların keçirilməsinin bir ənənə şəkilini aldığından Qafqazda ilk olaraq, reallaşacaq bu Moto Festival öz yeniliyilə insanlar üçün daha maraqlıdır. Rayon sakinləri, əsasən yeniyetmə və gənclər bu festivalda nə baş verəcəyini böyük maraqla gözləyir.

Bir sözlə, şou proqram, moto parad, diskoteka və digər əyləncələrlə zəngin Moto Festivalda Şəki dünyanın müxtəlif ölkələrindən gələn baykerləri qəbul etməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm