Ledi Qaqadan kobudluq
Bizi izləyin

Tabloid.az

Ledi Qaqadan kobudluq

Qalmaqallı müğənni Ledi Qaqa Nyu-Yorkun “Plaza” otelində çıxışı zamanı səs-küy salan tamaşaçılara kobud cavab verib.

Xarici mətbuatın verdiyi məlumata görə, müğənni caz kompozisiyasının ifasını bitirməmiş yarıda saxlayaraq, mane olan tamaşaçılara susmalarını əmr edib.

O, bir neçə tamaşaçıya üzünü tutaraq deyib: “Siz... (senzuradan kənar) ağzınızı yuma bilərsiniz? Biz burada caz ifa edirik”.

Qara dəri paltar geyinmiş Ledi Qaqa zalda sakitliyin təmin olunması üçün irad bildirdikdən sonra sonda “Lənətə gəlmiş varlılar” ifadəsindən istifadə edib.

Müğənni “Harper’s Bazaar” qadın jurnalının Nyu-Yorkda moda həftəsi çərçivəsində keçirdiyi axşamda çıxış edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm