Zaur verilişində xanım müğənnini təhqir etdi – FOTO
Bizi izləyin

Tabloid.az

Zaur verilişində xanım müğənnini təhqir etdi – FOTO

“Xəzər” televiziyasının aparıcısı Zaur Kamalla müğənni Gülay arasında insident yaşanıb.

Publika.az-ın məlumatına görə, buna səbəb Zaurun efirdə müğənni xanımı təhqir etməsi olub. Belə ki, aparıcı müəllifi olduğu “Ay Zaur” proqramında Gülaya xoşagəlməz atmacalar atıb: “Baxırsan “Cip”,
“Porşe”, “Hammer” sürürlər, amma balaca-balaca evlərdə qalırlar. Bir dəfə Gülayın həyat yoldaşı dostum Kamil evində çəkiliş etməyə razılıq verdi, amma evin sahibəsi (Gülayı nəzərdə tutur – red.) icazə vermədi. Ay Gülay, qohumlarım var, istəyirsənsə, deyim, onların evində çəkiliş edək”.

Atmacadan əməlli-başlı özünü itirən və əsəbi halını gizlədə bilməyən xanım sənətçinin cavabı da sərt olub: “Evimiz də var, eşiyimiz də. Şükür Allaha, çöldə qalmırıq. Sənin qohumlarının evində də çəkiliş etməyə ehtiyacımız yoxdur”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm