Nazpəri onun mahnısını oxuyacaq
Bizi izləyin

Tabloid.az

Nazpəri onun mahnısını oxuyacaq

Tanınmış bəstəkar Sədaqət Arifqızı yaradıcılıq yeniliklərini Publika.az-la bölüşüb.

Bəstəkar bildirib ki, hazırda Sevda Əliqızı, Zöhrə Abdullayeva, Vasif Məhərrəmli və Nazpəri Dostəliyeva ilə işləyir: “Dünən Sevda Əliqızı ilə yeni mahnı yazdırdıq. Sözləri Xanım İsmayılqızına aid mahnım “Yerin yaman görünür” adlanır. Zöhrə Abdullayeva ilə işlədiyimiz mahnının adı isə “Sən demə”dir. Bu mahnının sözlərini Nəzakət Neman yazıb. Vasif Məhərrəmli ilə isə “Sənə bağlıyam” adlı mahnı işlədik. Mahnının sözləri Zahir Abbasa məxsusdur”.

Bəstəkar bildirib ki, yaxın vaxtlarda xalq artisti Nazpəri Dostəliyeva ilə də iş birliyi olacaq: “Nazpəri Dostəliyeva ilə bir mahnımız olmalıdır. Onun da sözləri Zahir Abbasındır”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm