Avropanın nüfuzlu qəzeti azərbaycanlı aktyordan yazdı –FOTO
Bizi izləyin

Tabloid.az

Avropanın nüfuzlu qəzeti azərbaycanlı aktyordan yazdı –FOTO

Belarusun Brest şəhərində keçirilən XIX “Belaya Veja” beynəlxalq teatr festivalı başa çatıb.

Festivalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” monotamaşası ilə çıxış edib. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada əsas rolu əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Teatrdan Publika.az-a verilən məlumata görə, festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa nümayiş olunub.

Azərbaycanla yanaşı, festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya, Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, pantomima teatrları iştirak edib.
Brestdə 1996-cı ildən keçirilən bu beynəlxalq teatr festivalının məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrlarının sənətini nümayiş etdirməkdir.

Festival haqqında yazan Brestin nüfuzlu qəzetlərindən olan “Brestskaya qazeta”da seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısında Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasına da xüsusi yer verilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm