Fərdanı toyda döydülər? – ÖZƏL – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Fərdanı toyda döydülər? – ÖZƏL – AÇIQLAMA

Tanınmış şoumen və “stand-up”çı Fərda Xudaverdiyevi döyüblər.

Bildirilir ki, Xudaverdiyev iştirak etdiyi toy məclislərinin birində təzyiqə məruz qalıb. Əldə etdiyimiz məlumata görə, şoumenin döyülməyinə səbəb çıxışının məclis sahibini qane etməməsi olub. Bu barədə Publika.az-a toyda iştirak edənlərdən biri məlumat verib.

Məsələ ilə bağlı əməkdaşımız F.Xudaverdiyevin özü ilə əlaqə saxlayıb.

Onun bildirdiyinə görə, belə bir hadisə olmayıb: “Hazırda oktyabr ayında efirə gedəcək verilişimin anonslarını çəkirik. Belə bir şey olmayıb və ola da bilməz. Çünki iştirak etdiyim məclislərdə hər kəslə normal ünsiyyət saxlayıram”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm