Tabloid.az
“Nazirin xanımı”nın premyerası oldu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşasının premyerası olub.
AzərTAc xəbər verir ki, tamaşanın quruluşçu
rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı
İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor
assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar
Məmmədovdur.
Tamaşada əsas rolları xalq artistləri Bəsti
Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə
Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı, aktyorlar Vüsal
Mustafayev, Ləman İmanova, Əminə Babayeva və başqaları ifa
ediblər.
Satirik əsərdəki hadisələr partiyadaxili
münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması
ilə başlayır.
Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır.
Kimisini işə düzəldib, kimini işdən çıxaran
nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl
törədir.
Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci
ildə görkəmli rejissor Tofiq Kazımov
səhnələşdirmişdir.
Tamaşa alqışlarla qarşılanıb.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO