“Axırıncı dayanacaq”da nələr baş verdi? - FOTO
Bizi izləyin

Tabloid.az

“Axırıncı dayanacaq”da nələr baş verdi? - FOTO

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” filmi təqdim ediləcək.

Publika.az-a filmin quruluşçu rejissoru Fikrət Əliyev məlumat verib. Qeyd edək ki, ironik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

“Axırıncı dayanacaq” filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.

Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

Təqdimat mərasimi oktyabrın 17-də Nizami Kino Mərkəzində olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm