Tabloid.az
Muğam Festivalının qalibləri seçildi – FOTO
Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində 6-cı Beynəlxalq uşaq muğam festivalının final mərhələsi keçirilib.
Publika.az-ın məlumatına görə, festival “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Xarici İşlər və Nəqliyyat Nazirliklərinin iştirakı ilə reallaşıb.
“Kainat” Gənclik Mərkəzinin rəhbəri, təşkilat komitəsinin sədri
Rahib Rəsulzadə festival barədə məlumat verib. O, 18 ildir ki
təşkil edilən uşaq muğam festivalının 6 ildir beynəlxalq status
daşıdığını söyləyib.
Layihənin hər il reallaşdırılması Azərbaycan muğam, mahnı və
təsniflərinin gənc istedadlar, habelə xarici ölkə iştirakçıları
arasında təbliğində bir körpü rolunu oynayır.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov muğam
sənətinin qədimliyindən, gözəlliyindən danışaraq bu sahəyə
göstərilən dövlət qayğısını xüsusi vurğulayıb. O, həmçinin ölkədə
aparılan gənclər siyasətindən də söz açıb və nazirliyin gəncləri
dəstəkləyən layihələrə həmişə qoşulduğunu deyib. Sektor müdiri uşaq
muğam festivalının öz coğrafiyasını genişləndirərək beynəlxalq
səviyyədə keçirildiyini qeyd edib, festivala 10-dan çox ölkədən
iştirakçıların qatıldığını söyləyib.
Sonra Misir Mədəniyyət Mərkəzi və festivalın baş sponsoru “Paşa Bank” tərəfindən münsiflər heyətinə hədiyyələr verilib. Daha sonra ifaçılar çıxışlarını təqdim ediblər. Qeyd edək ki, festivalda Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanın təmsilçiləri iştirak ediblər. Hər bir ölkəni iştirakçı ilə yanaşı, bir mütəxəssis də təmsil edib. Həmin təmsilçi, eyni zamanda, Azərbaycanın xalq artisti, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyətinin tərkibində də iştirak edib.
İfaçıların çıxışlarından sonra əslən Azərbaycandan olan Latviya
vətəndaşı, musiqiçi, Azərbaycan Milli Konservatoriyasının tələbəsi,
muğamlarımızın Avropada təbliğatçısı Leyla Əliyeva çıxış edib. O
həm Latviyadakı fəaliyyəti barədə söhbət açıb, həm də ingilis və
Azərbaycan dilində muğam ifa edib.
Sonra qaliblər müəyyənləşib. Münsiflər heyətinin qərarına görə,
Özbəkistan təmsilçisi 1-ci, iki nəfər azərbaycanlı və bir nəfər
iranlı iştirakçı 2-ci, Qazaxıstan, Türkiyə və Misir təmsilçiləri
3-cü yerlərə layiq görülüblər. Azərbaycanlı iştirakçı Atlaz
Mehdiyeva isə festivalın baş mükafatı olan Qran-prini qazanıb.
Bunlardan əlavə, 7 nəfərə həvəsləndirici, təşkilat komitəsi
tərəfindən “festivalın ən kiçik iştirakçısı”na və bir nəfər əcnəbi
iştirakçıya “repertuarına Azərbaycan muğamından parça əlavə
etdiyinə görə” Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən mükafatlar verilib. Qaliblər diplom və
qiymətli hədiyyələrlə təltif olunublar.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR