Ayaz Salayevin “Yarasa”sı Vyananı ayağa qaldırdı – FOTO
Bizi izləyin

Tabloid.az

Ayaz Salayevin “Yarasa”sı Vyananı ayağa qaldırdı – FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 2-dən 11-dək Vyanada “LET'S CEE” Beynəlxalq film festivalı keçirilib.

Publika.az-ın məlumatına görə, Festivalda Mərkəzi və Şərqi Avropa ölkələrindən ən yaxşı bədii, sənədli, qısametrajlı və digər formatlı filmlər nümayiş etdirilib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkəmiz də festivalda təmsil olunub.
Festival çərçivəsində keçirilən “Retrospektiv-25” xüsusi layihə proqramında isə son 25 ildə Mərkəzi və Şərqi Avropanın 25 ölkəsində çəkilmiş və dünyanın 40 tanınmış kino tənqidçisi tərəfindən seçilmiş ən yaxşı filmlər iştirak edir.

Festivalın tənqidçilərinin seçimi əsasında 1989-cu ildən bu günədək Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin “Yarasa” bədii filmi seçilərək nümayiş etdirilib. Vyananın mərkəzində yerləşən “Urania“ kinoteatrında nümayiş olunan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonra rejissor Ayaz Salayev filmin ərsəyə gəlməsi, ideyası, süjet xətti və məzmunu ilə bağlı sualları cavablandırıb.
Qeyd edək ki, “Yarasa” filmi 1995-ci ildə istehsal olunub. Filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir. Rollarda Mariya Lipkina, Rasim Balayev, Tolib Xamidov və başqaları çəkiliblər.

Festival çərçivəsində, həmçinin rejissor Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı “Lətif“ bədii filmi bəstəkar və cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosunun müşayiəti ilə təqdim edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm