İtaliyanın ən seksual aktrisası Bakıda kişi axtarır – FOTO
Bizi izləyin

Tabloid.az

İtaliyanın ən seksual aktrisası Bakıda kişi axtarır – FOTO

İtalyan mədəniyyəti və kinosunun həvəskarlarının nəzərinə: Oktyabrın 20-dən 25-dək Bakıda İtaliya film festivalı keçirilir.


Oktyabrın 20-də “28 Cinema”da bütün dünyada keçirilən italyan dili həftəsi çərçivəsində İtaliya film festivalının açılışı olub.

Festival müddətində 6 filmin nümayiş olunacaq. Açılışda İtaliyaya uğur gətirən 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülən “Böyük gözəllik” filmi nümayiş olunacaq. Filmin baş qəhrəmanı Anita Kravos bu gün bu festivalda iştirak edir.


Festivalın fəxri qonağı – italyan aktrisası Anita Kravos bildirib: “İtaliyaya “Oskar” mükafatı qazandıran filmin nümayişində iştirak etmək mənim üçün fəxrdir”.

Aktrisa qeyd edib ki, italiyalı rejissorlar Azərbaycanda film çəkmək istəyirlər. “Mənim sevgilim qatildir” adlı filmdə baş rolda oynayacağını deyən Anita Kravos bu filmdə həmçinin iki azərbaycanlı aktyorun da rol alacağını söyləyib. Aktrisa həmin aktyorların axtarışına çıxıb.

Film isə Azərbaycana gələn italiyalının hekayəsindən bəhs edir.


Bir müddət Azərbaycanda olacağını söyləyən aktrisa “Nargis Magazine” jurnalı ilə fotosessiya edəcəklərini, ADA Universitetində tələbələrlə görüş keçirəcəklərini qeyd edib.

Sonra festival iştirakçıları “Böyük gözəllik” filminə baxıblar.

Festivalın informasiya dəstəyi isə “Nargis Magazine” jurnalıdır.


Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm