Moda dünyasının əfsanəsi həlak oldu
Bizi izləyin

Tabloid.az

Moda dünyasının əfsanəsi həlak oldu

Moda dünyasında əfsanəvi karyerası ilə bir irs qoyan nüfuzlu dizayner Oskar De La Renta 82 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Dominikan Respublikasında anadan olan dizayner 1960-cı illərdə ABŞ-ın birinci xanımı Jaklin Kennedinin paltarlarını dizayn etdikdən sonra dünyada şöhrət qazanmağa başlayıb.

O zamandan bəri Oskar De La Rentanın Moda Evi dəbdəbəli paltarları ilə podiumlardan qırmızı xalıyadək uzun bir yol qət edib.

Ən son isə De La Renta keçən ay İtaliyada hüquqşunas Amal Amuddinin aktyor Corc Kluni ilə toy mərasimində geyindiyi gəlinliyini dizayn edib.

De La Rentanın adını həyat yoldaşı Anet Englhard, himayəyə götürdüyü oğlu Moises, ögəy uşaqları və ögəy nəvələri yaşadacaq.

Qeyd edək ki, Oskar De La Rentanın on il idi ki, xərçənglə mübarizə aparırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm