Hüseyn Cavidin oğlunun yubileyi keçirilib
Bizi izləyin

Tabloid.az

Hüseyn Cavidin oğlunun yubileyi keçirilib

Oktyabrın 22-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Cavidlər ailəsinin ensiklopedik zəkası, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin 95 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Publika.az-ın məlumatına görə, muzeyin direktoru Gülbəniz Babaxanlı çıxış edərək Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən söhbət açdı. O, bildirdi ki, 24 illik qısa ömür yaşamış Ə.Cavid Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini “əla” qiymətlərlə bitirdikdən sonra Konservatoriyaya daxil olub. O, Üzeyir Hacıbəylinin tələbəsi olub, romanslar, mahnılar, simfonik parçalar bəstələyib, “Məhsəti” operasını yazmağa başlayıb.

G.Babaxanlı onu da qeyd etdi ki, Ərtoğrol həm istedadlı musiqiçi və rəssam, həm də folklorçu idi. Azərbaycan milli musiqisinin və folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqi sahəsində onun gördüyü işlər xalqımızın milli sərvətinin qorunması yolunda atılmış böyük addımdır.

1938-1941-ci illərdə prof. Üzeyir Hacıbəylinin və prof. Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı müddətdə Ərtoğrol Cavidin toplayıb təhlil etdiyi əlyazmalar əsasında Hüseyn Cavidin Ev Muzeyi 10 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini 2011-ci ildə nəşr etdirib. Ə.Cavidin 95 illiyi münasibətilə toplunun növbəti 3 cildi olan “Balaman məktəbi”, “Ərtoğrol Cavidin nota köçürdüyü el mahıları” və “Ərtogrol Cavidin yarımçıq qalmış musiqi əsərləri” kitabları da çapa hazırlanıb.

Tədbirin sonunda Ərtoğrol Cavidin xatirəsinə həsr olunmuş sərgi nümayiş olundu və onun bəstələdiyi musiqi əsərləri səsləndirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm