Janna Friske imana gəlib
Bizi izləyin

Tabloid.az

Janna Friske imana gəlib

Beyin xərçəngindən müalicə olunan tanınmış müğənni Janna Friske xəstəliklə mübarizə apardığı müddətdə imana gəlib.

O məhz etiqadın köməyilə özünə daha inamlı və güclü olduğunu bildirib.

Publika.az Starhit-ə istinadən xəbər verir ki, bu barədə müğənninin dostu jurnalist Otar Kuşanaşvili məlumat verib.

O, sonuncu dəfə Janna ilə telefonla danışdığını və onun dinə-imana gəldiyini bildirib. Janna belə deyib: “Sən təsəvvür etmirsən ki, mən dindən nələr öyrənirəm! Heç vaxt fikirləşməzdim ki, bunu nə vaxtsa edə biləm. İnanılmazdır. Mən dua edirəm. Əvvəl sadəcə sözləri tələffüz edirdim, indi hər bir hərfi hiss edirəm”.

Qeyd edək ki, rusiyalı pop-ifaçının bu ilin əvvəlində ağır xəstə olduğu və müalicə almaq üçün Almaniyaya yollandığı barədə xəbərlər yayılmışdı. O zaman 39 yaşlı Jannanın mətbuat katibi Anisa Aşiku bu məlumatın yalan olduğunu və ifaçının Mayamidə istirahət etdiyini bildirmişdi.


Daha sonra Aşiku müğənninin yanında olan həyat yoldaşının rəsmi açıqlamasını dərc edib və hər kəsin xoşagəlməz hadisəni sakitcə qəbul etməyini istəyib. Ulduzun həyat yoldaşı Dmitri Şepelov ailələrinin probleminin bir neçə gün öncə ümumi problemə çevrildiyini deyib: "Bununla biz bütün söz-söhbətə son qoymaq fikrinə düşdük, Jannanın pərəstişkarlarının doğrunu bilmək haqqı var. Ailəmizdə çətin anlar yaşanır. Həyat yoldaşım xərçəng xəstəliyinə tutulub. Biz onun sağlamlığını qaytarmaq üçün əlimizdən gələnləri edirik, bir dəqiqədə olsa, inamımızı itirmirik”.


Qeyd edək ki, Janna Friske 1996-cı ildən etibarən “Blestaşiye” adlı qızlardan ibarət olan qrupda çıxış etdikdən sonra məşhurlaşmağa başlayıb. 2003-cü ildə isə solo karyeraya başlayıb, bundan əlavə, bir neçə kinoda çəkilib. Ötən ilin aprel ayında isə Mayamidə onun oğlan övladı dünyaya gətirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm