Meyxanaçılarımız Maydanda “Tı kto takoy, davay do svidaniya”nı oxumaqdan imtina etdilər
Bizi izləyin

Tabloid.az

Meyxanaçılarımız Maydanda “Tı kto takoy, davay do svidaniya”nı oxumaqdan imtina etdilər

Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb.

Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb.

Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. Bunu ANS-ə “Tı kto takoy, davay do svidaniya”nın müəlilfləri özləri bildirib.

Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə.

Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm