Keçmiş solist azərbaycanlı müğənniləri yalançılıqda ittiham etdi
Bizi izləyin

Tabloid.az

Keçmiş solist azərbaycanlı müğənniləri yalançılıqda ittiham etdi

Bu barədə Publika.Az-a qrupun solisti olan Əminə Kərimova açıqlama verib.


“Müğənnilər Səidə Sultan, Natəvan Həbibi və mən “W-trio” qrupunun solistləri olmuşuq. Mən 3 ilə yaxın qrupda fəaliyyət göstərdim. Həmin vaxtlarda “Mərc-şou” verilişində çıxışlarımız olub. Qrupun dağılmasına səbəb isə Natəvanın və Səidənin solo fəaliyyətə başlaması oldu. Onlar qrupu tərk edəndən sonra 2004-cü ildə Vaqif Gərayzadə məni “Aypara” qrupuna keçirdi. Samir Piriyev, Ramal İsrafilov, Kazım (Röyanın narın yağış mahnısının bəstəkarı), Nərgiz (Türkiyədə keçirilən “Alaturka” müsabiqəsinin iştirakçısı olub) və mən qrupun solistləri idik. 2006-cı ildə həmin qrupdan da ayrıldım və 2007-ci ildə qrupun solisti Kazım ilə ailə qurduq. Kazım ilə rəsmən 2010-cu ildə ayrıldıq. Fatimə adlı qızım var" - Ə.Kərimova Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün vəziyyət tamam başqadır.

"Mənim qrupda olduğumu inkar edən şəxslər var. Amma bu günə qədər Natəvan Həbibi mənimlə əlaqə saxlayıb və efirlərdə də qrupun solisti olduğumu deyib. O birilərinin səsi çıxmır. Müğənnilərimiz var ki, 2 ildir məni görəndə deyirlər ki, “Əminə, haralardasan? Sənin yaxşı səsin var, niyə oxumursan? Biz sənə kömək edərik”. Bu sözləri deyən insanlar sabahdan mobil telefonlarını söndürürlər. Zənglərimə cavab vermirlər. Yalançıdırlar!”

Ə.Kərimova onu da qeyd etdi ki, Vaqif Gərayzadə ilə onu əməkdar artist, mahir qarmon və akkordeon ifaçısı Ənvər Sadıqov tanış edib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm