Tabloid.az
Xalq artisti ürəyindən əməliyyat olundu – ÖZƏL
Xalq artisti, rejissor Vaqif Əsədov ağır ürək əməliyyatı keçirib.
Publika.az-a bu barədə rejissorun oğlu Oqtay Əsədov məlumat verib.
Onun sözlərinə görə, atası Naxçıvanda əməliyyat olunub. Hzırda atasının vəziyyətinin stabil olduğunu deyən O.Əsədov rejissorun reanimasiyaya köçürüldüyünü bildirdi: “Bazar günü atamın ürəyində ağır əməliyyat keçirildi. 7 saat 20 dəqiqə çəkən ağır əməliyyatda atamın beş tutulmuş damarı dəyişdirildi. Hazırda reanimasiyadadır. Atamın əməliyyatı üçün Bakıdan Neftçilər Xəstəxanasından da Rəşad və Seymur həkim Naxçıvana dəvət olundular. Hazırda atamın vəziyyəti stabildir. Bizimlə danışır. Palataya köçürüləndən bir həftə sonra evə buraxılacaq. İyirmi gün də evdə dincələcək. Dekabrın 20-də atam Bakıya qayıdacaq”.
O.Əsədov onu da bildirdi ki, Vaqif Əsədovun ürəyində problemlər olsa da, onu hətta ailəsindən belə gizlədibmiş: “Atam dərdini içində çəkən adam olub. O heç vaxt ağrısını ətrafdakılara bildirməyib. Hətta ailəsi belə onun səhhətindəki narahatlıqlardan xəbərsiz idi. Atam iki dəfə ağır infarkt keçirib, ürək damarları tutulmuşdu. O özü istədi ki, ata yurdunda əməliyyat olunsun, oğlunun yanında. Buna görə də əməliyyat Naxçıvanda oldu. İnşallah, hər şey yaxşı olacaq”.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq