Deniz Seki polisdən necə gizlənirmiş? – DETALLAR
Bizi izləyin

Tabloid.az

Deniz Seki polisdən necə gizlənirmiş? – DETALLAR

Bir gün öncə polis tərəfindən saxlanılan tanınmış müğənni Deniz Seki Bakırköy qadın və uşaq həbsxanasına göndərilib.

Vəkili məşhur müğənninin təslim olmamasını sağlamlıq problemləri ilə əlaqələndirib:
“Xərçəng riski var və bu durum həyati təhlükəli risk meydana gətirməkdədir".

Qeyd edək ki, narkotik maddələri saxlamaqda və yaymaqda təqsirləndirilən və 6 il 3 ay müddətinə həbs cəzasına məhkum edilən sənətçi qərarın qüvvəyə minməsindən sonra yoxa çıxmışdı. Hətta onun gəmiylə xaricə qaçdığı bildirilirdi. Bu arada onun yenidən həbs olunmasının detalları məlum olub. Belə ki, narkotik polisi Sekini nişanlısının villasında həbs edib. O, qaçmağa çalışsa da, hüquq mühafizə orqanı əməkdaşlarından xilas ola bilməyib. Gecəni narkotiklərlə mübarizə şöbəsində keçirən məşhur müğənni səhər saatlarında qolları qandallı vəziyyətdə şöbədən çıxarılıb. Tibbi müayinədən keçirildikdən sonra isə o, İstanbul Ədliyyə İdarəsinə aparılıb.

Polisin yaydığı məlumata görə, Deniz Seki axtarılmağa başlandığı ilk günlərdə Sarıyerdə gizlənibmiş. Ardından Faruk Salmanla Tekirdağa, oradan Beylikdüzünə gedib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm