Kənan MM kimə pulsuz klip çəkdi? – FOTO
Bizi izləyin

Tabloid.az

Kənan MM kimə pulsuz klip çəkdi? – FOTO

Müğənni və teleaparıcı Vüsalə Rəcova İstanbulda çəkdirdiyi klipini bu gün ictimaiyyətə təqdim edir.

Publika.az-ın məlumatına görə. “Getmə” adlanın mahnısının (söz və musiqisi Rəşad Bağırov) ekran görüntülərini ilk olaraq mətbuat nümayəndələriylə paylaşan sənətçi maraqlı açıqlamalar edib. Bəlli olub ki, rejissor Kənan MM bu klipi ailəvi dostuna hədiyyə edib.

“Kənan bəylə dost münasibətlərimiz uzun illərə söykənir. “Sevməyi öyrədim” mahnımı ekranlaşdırmaqla, o, klip çəkməyəcəyi ilə bağlı özünə qoyduğu qadağanı üzərindən götürdü. Yeni klipi isə mənə dost hədiyyəsi etdi. Yəni, təmənnasız çəkdi. Çəkilişlər İstanbulda oldu. Məkanlar “Fatih Harbiyə”dəki Macitin villası və şəhər içində, alış-veriş yerlərində seçildi. Biz villanı birgünlük icarə götürdük və həmin gün məkanda serial çəkilişi aparılmadı”, – deyən Vüsalə Rəcova peşəkar komanda ilə maraqlı ekran işi ortaya çıxardıqlarına əmin olduğunu bildirdi.

Klipdəki tərəf müqabili Qafur bəylə həyatda sevgi münasibəti olan sənətçi Bakıya qayıdandan sonra birlikdə Kənan bəyi və xanımını evlərinə qonaq dəvət ediblər. Onlar birlikdə növbəti klipin çəkilişinin planlarını da cızıblar. Xatırladaq ki, yeni klip mini film şəklində hazırlanıb. Ssenariyə görə, tərəf müqabilini bağışlayıb, onunla nikaha daxil olan Vüsalə xanım ana olmaq ərəfəsində yenə xəyanətlə üzləşir. Mövzunun davamı üçüncü klipdə bəlli olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm