Tabloid.az
Təranə Qumral Nazənini məhkəməyə verdi – ÖZƏL
Müğənni Təranə Qumral həmkarı Nazənini şərəf və ləyaqətin təhqir olunması və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib.
Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) hüquqi
nümayəndəsi Vüqar Səfərlinin Publika.az-a verdiyi
məlumata görə, buna ANS telekanalında yayımlanan “Bazar səhəri”
verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni
Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi
ifadələr səbəb olub:
“Həmin verilişdə Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu
Abbasov telefon əlaqəsi yaradaraq, iddiaçıların ünvanına işlətdiyi
təhqiramiz ifadələrə görə Xətai Rayon Məhkəməsinə müraciət olunub.
Həmçinin Pərviz Abbasovun “Instagram” səhifəsində yerləşdirdiyi
“Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə”
ifadəsinin təkzib olunması iddia ərizəsində öz əksini tapıb. Hesab
edirik ki, bu təhqirlər cəmiyyətdə onların barəsində mənfi rəy
formalaşdırıb və Təranə xanımın işgüzar nüfuzunu, həmçinin şərəf və
ləyaqətini ləkələyib”.
Qeyd edək ki, məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.
Xatırladaq ki, iki sənətçi arasındakı münasibət müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günündən sonra gərginləşib.
İntiqam VALEHOĞLU
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq