Azərbaycanlı aktrisa mükafat aldı – Foto
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktrisa mükafat aldı – Foto

Azərbaycanlı aktrisa Məlahət Abbasovanın Türkiyədə xalq yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında quruluş verdiyi “Şekspir” tamaşası mükafat qazanıb.


Publika.az-ın məlumatına görə, “2013-1014 Tasarım Ödülleri” mükafatına bu dəfə tamaşanın dekorasiyası layiq görülüb.


Aktrisa bildirib ki, mükafatı İstanbul Şəhər Teatrları arasında yalnız onun tamaşası qazanıb: “Əvvəllər də bu tamaşanın dekor işi iki ayrı mükafata layiq görülüb. Bundan başqa, “Şekspir” tamaşasında rol alan beş aktyor və aktrisa “İlin ən yaxşı sənətçiləri” mükafatına da layiq görülüblər. Bu qaliblər Türkiyədə fəaliyyət göstərən 147 teatrın arasından seçilir”.


Qeyd edək ki, “Şekspir” tamaşasının bəstəkarı Aygün Səmədzadədir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm