O intihar etməyib, öldürülüb - ŞOK İDDİA
Bizi izləyin

Tabloid.az

O intihar etməyib, öldürülüb - ŞOK İDDİA

Dahi rəəssam Van Qoqun ölümü ilə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az-ın məlumatına görə, Amerikanın məşhur kriminalist ekspertlərindən olan Di Mayo Niderland rəssamı Van Qoqun ölümünün intihar deyil, qətl olduğu fərziyyəsini dəstəkləyən sübutlar təqdim edib. O rəssamın özünün sinəsindən məlum olan formada vurmasının mümkün olmadığını deyib. Eyni zamanda o deyib ki, atəş açandan sonra Van Qoqun əlində mütləq barıt ləkəsinin qalmalı olmalı idi. Amma ləkəyə rast gəlinmədiyini bildirir.

Di Mayonun qənaətinə görə, yaranın xarakteri nəzərə alınarsa, atəş zamanı tapançanın bədəndən aralı olduğunu da əminliklə söyləmək olar.

Qeyd edək ki, 1890-cı ildə rəssamın intihar cəhdi nəticəsində qanaxmadan öldüyü rəsmi olaraq təsdiqlənib. O, sinəsinə atəş açıb. Bununla belə, sağ qalaraq öz ayağı ilə xəstəxanaya gəlsə də, hadisədən 29 saat sonra vəfat edib.

2011-ci ildə amerikalı sənətşünaslar Stiven Nayf və Qreqori Uayt hadisənin başqa versiyasını təsvir ediblər. Bu versiyaya görə, Van Qoqu Fransalı yeniyetmə Rene Sekretan güllə ilə vurub. Tədqiqatçıların dediyinə görə, hadisədən bir neçə gün əvvəl rəssam çoxlu boya sifariş edib və heç də intihar haqqında düşünməyib.

Ölümündən sonra Van Qoqun cibindən tapılan yazılı kağızın intihar qabağı qeyd deyil, qardaşı Teoya ünvanladığı məktubun qaralaması olduğu bildirilir. Orada gələcək üçün planlar yazdığını deyən bioqraflar, həmçinin rəssamın tapançasının olmadığını və ümumiyyətlə, hər hansı silahın tapılması barədə heç bir xəbər verilmədiyini də qeyd edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm