Azərbaycanlı aktyorlar “Ağ ölüm”ün ağuşunda – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyorlar “Ağ ölüm”ün ağuşunda – FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşasını öz seyrcilərinə təhvil verməyə hazırlaşır.

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır.

Teatrdan Publika.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Tamaşanın premyerası noyabrın 28-də saat 19.00-da olacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm