• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mətanət Əsədova həbsxanada ölən bacısının intihar səbəbini açıqladı - Dəhşətli faktlar

Mətanət Əsədova həbsxanada ölən bacısının intihar səbəbini açıqladı - Dəhşətli faktlar

Mövqe.az xəbər verir ki, həbsxanada bacısı intihar edən müğənni əməkdaşımızla söhbəti zamanı bacısının ona məktub yazdığını da etiraf edib : " Bacımın ölüm səbəbi qarşılıqsız sevgi idi.

Dayım oğlunu çox sevirdi. Evli idilər. Ancaq həmin oğlan demişdi ki, mən səndən qisasımı alacağam. Çünki bizim ailə ilə düşmən idi. Heyfini də belə çıxdı. 110 kiloluq cənavər bir qız idi. Qarşılıqsız sevgi onu belə vəziyyətə saldı. Çünki o, oğlan bunun tayı deyildi.

O, heç bilmir sevgi nədir , qayğı nədir... Nə qədər məsləhət gördük qulaq asmadı. O oğlanın fikri o idi ki, ay Mətanət oxuyacaq və bizim nəslimizi dolandıracaq, elə bizi yemləyəcək".

Mətanət Əsədova bacısının sadəcə qurban getdiyini açıqlayıb: " Qardaşımın boynuna şər atıb, onu tutdurdular. Dedilər ki, guya mənim qardaşım dayım arvadını öldürüb.

Uşağı həbs etdilər. Mən gedib, çıxardım. Dayımoğlu da söz verdi ki, onun anasının yanına bizim ailədən kimsə gedəcək və sözünü tutdu da... Sadəcə mənim bacım onun güdazına getdi. Dərman vermişdi ona... Narkotikə aludəçi etmişdi...".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR