Təranə Nazənini sancdı: “Ərin nə rəngdədir?” - İDDİA
Bizi izləyin

Tabloid.az

Təranə Nazənini sancdı: “Ərin nə rəngdədir?” - İDDİA

Təranə Qumral və Musa Musayev cütlüyü Nazəninlə məhkəmədə qarşılaşacaqmı?

Təranə Qumralın Publika.az-a verdiyi məlumata görə, dekabrın 17-də Təranə Qumral və həyat yoldaşı Musa Musayevlə Nazəninin ilk məhkəmə prosesi başlanacaq. Amma, deyəsən, Nazənin məhkəməyə gəlmək fikrində deyil. Çünki məhkəmə prosesinə sayılı günlər qaldığı bir vaxtda, müğənninin sorağı Türkiyədən gəlib. Qardaş ölkədə yeni fotolar çəkdirib, sosial şəbəkədə paylaşan müğənni hələ ki alış-veriş etdiyini, daha sonra isə klip çəkdirəcəyini bildirib. Klipin rejissoru Zöhrab Ağayev də Nazəninlə Türkiyədədir.

Amma Təranə Qumral onu təhqir edən həmkarının məhkəmə qarşısında dindiriləcəyini deyir. Onun sözlərinə görə, bu məsələlərlə onun vəkili məşğul olur.

İşdir, qarşı tərəf, ona barışıq təklifi edərsə, tərəflərin barışacağı gözlənilirmi?

Bunun mümkünsüz olduğunu deyən Təranə Qumral sonadək mübarizə aparacağını bildirdi: “Heç vaxt barışıqdan söhbət gedə bilməz. Bu, mümkünsüzdür. Mənə şər-böhtan atan adam mütləq cəzasını almalıdır. Başqa cür ola bilməz”.

O ki qaldı Nazəninin məhkəmədən yayınmaq istəməsinə, Təranə Qumral onunla məhkəmə zalında mütləq qarşılaşacağını deyir: “Ora-bura qaçmaqla məhkəmədən yayına bilməyəcək. Türkiyədən şəkillər çəkdirib sosial şəbəkədə paylaşır. Bir tərəfində jurnalist Şahin Cavadsoy, o biri tərəfində də prodüseri. Hünəri var əriylə şəkil çəkdirib sosial şəbəkədə paylaşsın e. Demir, ərim var, ərim var, qoy şəklini çəkdirib paylaşsın, biz də görək əri nə rəngdədir?”

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm