Azərbaycanlı müğənninin xanımı: “Bunu mediadan gizlətmək istəyirlər“
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənninin xanımı: “Bunu mediadan gizlətmək istəyirlər“

Azərbaycan şou-biznesinin iki məşhur siması - müğənnilər Könül Kərimova və Samir Piriyev bir araya gələcək. Publika.az-ın fotokamerasına birgə tuş gələn ifaçılar pıçıldaşaraq nəyisə gizlədirmiş kimi davranırdılar.


Əməkdaşımızın “nə olub?” sualından öncə yayınmaq istəyən ulduzlar, sonradan məsələnin kökünü açıqlamalı olublar.

“Onlar deməsələr də, mən açıqlayım: Samirlə Könül xanım duet oxumağa hazırlaşır. Amma bunu hələ ki mediadan gizlətmək istəyirlər” deyə Samirin həyat yoldaşı Anara bildirib.

Mövzudan yayınmayacağını anlayan Samir duetin təfərruatlarını açıqladı: “Bəli, Könül xanımla duet ifa etmək fikrimiz var. Bu, fərqli bir ifa olacaq” deyən Samir əlavə etdi ki, səhnəyə birgə çıxmaq təklifi onun özündən gəlib. O ki qaldı mahnıya, “Bu, yeni və möhtəşəm bir mahnı olacaq. Sözləri və musiqisi mənə məxsusdur” - deyə Samir əlavə etdi.

Samirin bu sözlərinə isə K.Kərimovanın əlavəsi oldu: “İnşallah, mahnıya klip də çəkdirərik”.

Bu sözləri eşidən Anara isə gülümsədi. Yəqin yeni işə ekran həyatı vermək elə Anaraya qismət olacaq. Axı son zamanlar Samirin kliplərini məhz həyat yoldaşı, rejissor-telejurnalist Anara çəkir.

Türkan
Publika.Az


Oxumağa davam et
Reklam
Reklam

Gündəm