Döyüldüyü deyilən aktrisa: “Maraqlıdır ki, bunun arxasında nə durur?”
Bizi izləyin

Tabloid.az

Döyüldüyü deyilən aktrisa: “Maraqlıdır ki, bunun arxasında nə durur?”

Publika.az Mingəçevir Dövlət Dram Teatrının döyüldüyü deyilən aktrisası Günel Əhmədovanın haqqında səsləndirilən fikirlərə münasibətini öyrənib. Aktrisa əməkdaşımızın suallarını çox sərt qarşılayıb və tərəddüdlü cavablar verib.

Əməkdaşımızın “İbrahim Salamov sizi döyübmü” sualına aktrisanın cavabı belə olub:

“Mən başa düşə bilmirəm, müdirin belə deməyində nə məna var? Bəli, İbrahim Salamov işdən azad olunub. Amma döyülmə hadisəsi olmayıb. İkincisi də, mənə maraqlıdır, nömrəmi kimdən almısınız? Mənim nömrəm teatrda ola bilməz. İndi də bu yola əl atdılar? O adam mənə heç nə etməyib. Onunla heç bir problemim yoxdur”.

Aktrisa aktyorun işdən azad olunmasına münasibətinin pis olduğunu deyib: “Bizə elə gəlir ki onun işdən çıxarılması səhv qərardır. İndi evimdə oturmuşam. Mənə çox təəccüblüdür. Bu müsahibənin arxasında nə durur?”

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov Publika.az-a müsahibəsində teatrın keçmiş aktyoru İbrahim Salamovun ittihamlarına cavab olaraq bunları bildirmişdi:

“ İbrahim Salamov bu qadını saçından tutub dəhlizin ortasında nə günə qoyduğunun özüm şahidi olmuşam və onları aralamışam. Dalaşırdılar, bir-birlərini təhqir edirdilər. Mən bunları aralayanda İbrahim mənə dedi ki, siz bilmirsiniz, bura əxlaqsız bir yerdir. Hər halda, bunun əlində bir kompromat var. Özümə də qaranlıqdır ki, bunlar necə insandırlar. Bir-birlərini təhqir edirlər və sonra birləşirlər. Bu, mənim fərziyyəmdir ki, İbrahimin əlində Günellə bağlı kompromat var. Yəni, necə ola bilər ki, bu adam Güneli kollektivin içində dəfələrlə təhqir edib, döyüb, söyüb, amma qız qorxusundan heç vaxt hüquq-mühafizə orqanlarına məlumat vermir. Hətta Günel mənə də İbrahimdən qorxduğunu deyib”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm