Tarkan Qəbələdə konsert verəcək - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Tarkan Qəbələdə konsert verəcək - EKSKLÜZİV

Türkiyənin dünya şöhrətli müğənnisi Tarkan iyul ayında Qəbələ şəhərində konsert proqramı ilə çıxış edəcək. Bu barədə Publika.Az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O, bildirib ki, konsert kommersiya xarakterlidir və bilet satışı olmayacaq.


N.Emiloğlu onu da qeyd etdi ki, iyunun 23-də müğənni Sərdar Ortacın Heydər Əliyev Sarayında konserti olacaq ki, həmin konsertin də təşkilatçısı özüdür.

O, növbəti işinin iyunun 30-da paytaxtın möhtəşəm restoranlarının birində açıq havada gerçəkləşəcəyini bildirib. Belə ki, xalq artisti, ustad xanəndə, Alim Qasımov ilə əməkdar artist Fərqanə Qasımova konsert proqramı ilə çıxış edəcəklər.

“14 ildir ki, konsert təşkilatçılığı ilə məşğulam və təşkil etdiyim konsertlərə gələn tamaşaçılar heç vaxt yanılmayıblar. 2012-ci il tamaşaçılar üçün sürprizlərlə dolu olacaq”, - tanınmış təşkilatçı Publika.Az-a deyib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm