Kukla teatrından uşaqlara Yeni il hədiyyəsi
Bizi izləyin

Tabloid.az

Kukla teatrından uşaqlara Yeni il hədiyyəsi

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə öz tamaşaçılarını sevindirməyə hazırlaşır. Teatrdan Publika.az-a verilən məlumata görə, dekabrın 26-dan yanvarın 4-dək uşaqlar yeni tamaşalar izləyə biləcəklər.

Artıq teatrın baş rejissoru Qurban Məsimovun quruluş veriyi “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı səhnə nümunəsi hazırlanmaqdadır. Q.Məsimov bildirib ki, tamaşada balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışacaqlar:

“Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyirlər. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”.

Beləcə birlikdə əyləncənin gözəlliyi və pis əməllərdən uzaqlaşmaqla daha səmərəli işlərə maraq oyadan 45 dəqiqəlik tamaşa uşaqlara xoş istirahət vədi verir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm